LİNÇ MƏHKƏMƏSİ

Mədəni dünyanın illər ərzində yaratdığı ədalət sistemi mükəmməl deyil. Bu sistem ləng və çox vaxt da səhv işləyir. Xüsusilə ABŞ və Böyük Britaniyada müttəhimin hüquqlarının qorunması üçün xeyli səy göstərilir. Bunun əsasında “insan əksi sübuta yetirilməyincə günahsızdır” prinsipi dayanır.

Hərdən, günahı heç kimdə şübhə doğurmayan birisinin, ümumiyyətlə, məhkəməyə çıxarılmasını, təcrübəli vəkillərə onu müdafiə edərək sonda bəraət qazandırmağa çalışmalarına icazə verilməsini anlamaq çətin olur.

Bu səbəbdən də ədalətin bərqərar olunması üçün təqsirləndiriləni istintaq və məhkəməsiz cəzalandırmaq, hətta ölüm hökmü çıxarmaq kimi fikirlər istər-istəməz ağıllara gəlir. Kütlə tərəfindən bu cür ədalət məhkəmələrinin qurulması Birləşmiş Ştatlarda (əsasən, cənubda) hətta XX əsrdə belə geniş yayılmışdı.

Belə ədalət məhkəmələrinin əsasını qoyan isə Virciniya sakini Vilyam Linç sayılır. O, qonşularından ibarət qeyri-rəsmi “polis” yaradaraq qanundan qaçan “günahkarları” cəzalandırırdı (bir çoxları belə dəstələrin yaradılmasını Virciniyanın başqa bir sakini Çarlz Linçin adına çıxırlar).

Nəticədə məhkəmə qərarı olmadan edam edilən adama linçlənmiş deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)

LİMUZİN
LİNÇLƏMƏ
OBASTAN VİKİ
Devid Linç
Devid Linç (ing. David Keith Lynch) - 1946-cı ilin 20 yanvar tarixində doğulmuş ABŞ rejissoru və rəssamıdır. 20 yanvar 1946-cı ildə ABŞ-də doğulan Linç eyni zamanda tanınmış bir rəssamdır. Hətta çox nadir hallarda mebel dizaynerliyi ilə də məşğul olur. Pensilvaniya İncəsənət Akademiyası və Amerika Film İnstitutunda təhsil alıb. 1977-ci il istehsalı olan ağ-qara filmi "Eraserhead" ilə tanınmışdır. "Dune" və "Blue Velvet" ilə çoxalan uğuru 90-cı illərin sonunda çəkdiyi "Lost Highway" filmi ilə zirvəyə çatmışdır. Bundan sonra "Mulholland Dr." və yoxlama xarakterli qısa filmlər çəkdi. Filmlərində alçaq səsli gurultular, çürümüş əşyalar, pozulmuş personajlar və polyarlaşdırılmış qaranlıq dünyalar yaratması ilə film dünyasının diqqətini üzərinə yönəltmişdir.
Evanna Linç
Evanna Patrisiya Linç(ing. Evanna Patricia Lynch; irl. Evanna Pádraigín Ní Loingsigh; doğ. 16 avqust 1991, Termonfekin, İrlandiya) — aktrisa. == Həyatı == == Filmoqrafiya == "Harri Potter və Simurq Ordeni" "Harri Potter və Ölüm Hədiyyələri".
Linç mühakiməsi
Linç mühakiməsi — linç heç bir ədalətli mühakimə olmadan insanlara verilən cəzadır. Heç bir məhkəmə falan olmadan insanlara cəza verilir ya da öldürülür. Bu cəza üsulu ilk dəfə XVIII əsrdə ABŞ-də tətbiq olunub. ABŞ-də adətən zəncilərə və inqilabçı fəhlələrə vəhşicəsinə divan tutulur, məhkəməsiz cəza verilirdi. Söz olaraq həmin əsrdə yaşamış Çarlz Linç`in adından götürülüb. Ən çox Şərq ölkələrində tətbiq olunur.
Linç sindromu
Linç sindromu- DNT-də uyğunsuzluğu düzəldən genlərin dəyişilməsi nəticəsində meydana gələn və dominant olaraq keçən irsi xərçəng riskinin yüksək olması xəstəliyidir. İrsi qeyri-polipozis kolorektal xərçəng kimi də tanınan Linç sindromu irsi həzm aparatı xərçənginin bir növüdür. Linç sindromlu insanlarda kolorektal xərçəngin meydana gəlmə riski çox böyük, uşaqlıq, prostat vəzi, qara ciyər, böyrək və öd kanalı xərçəngi kimi növlərin meydana gəlmə riski isə nisbətən çoxdur. Linç sindromu ailədə birdən çox şəxsə kolorektal xərçəng diaqnozu qoyulduqda ehtimal olunan diaqnozdur. Bundan əlavə, xərçəngin diaqnozunun gənc yaşlarda qoyulması ehtimalı böyükdür. Linç sindromlu insanlarda orta kolorektal xərçəng diaqnozu 45 yaşlarında qoyula bilir. Ümumi əhalidə isə yeni bir kolorektal xərçəng diaqnozunun müəyyən edilmə yaşı 72-dir. Linç sindromlu şəxslərdə kolorektal xərçəng adətən, qalın bağırsağın sağ tərəfində inkişaf edir. Linç sindromlu insanların həyatları boyunca bir-neçə dəfə xərçəngə yoluxma riskləri də çoxdur. == Sindromun əlamətləri == 50 yaşdan əvvəl kolorektal xərçəngə yoluxmaq; Kolorektal və ya Linç sindromu ilə əlaqəli digər xərçəng növlərinə ayrı-ayrılıqda və ya eyni zamanda yoluxmaq; 60 yaşdan əvvəl Linç sindromu ilə əlaqəli bədxassəli şiş əlamətəri daşıyan kolorektal xərçəngə yoluxmaq; Linç sindromu ilə əlaqəli xərçəngə yoluxan birinci dərəcəli qohumlarda kolorektal xərçəngin olması (bu xərçənglərdən biri 50 yaşından tez yaranarsa); Linç sindromu ilə əlaqəli xərçəngə yoluxan birinci və ya ikinci dərəcəli qohumlarda kolorektal xərçəngin olması.
Riker Linç
Riker Entoni Linç (ing. Riker Anthony Lynch; 8 Noyabr 1991, Littleton, Kolorado) - ABŞ aktyoru, müğənnisi, və rəqqasıdır. R5 qrupun baş gitaristidir. Glee serialdaki Ceff rolu ilə bilinməktədir. O bir taninan musiqi qrupunun solisti olub, lakin o qrup sonra dağıldı. Ayrıca 16 Mart 2015'də başlayan Amerika rəqs yarışması Dancing With Stars'da Allison Holker ilə eyni komandada.
Rokkı Linç
Rokki Mark Linç -(ing. Rocky Mark Lynch; doğum 1 noyabr 1994 Littleton, Kolorado). R5 qruppunun bir üzvüdür.Amerikan mügənnisi, söz yazarı və gitaristi. Rokki gitara'da oynamaqa özü öyrənib sonra Rossa və Rikera öyrətdi.
Ros Linç
Ros Şor Linç (ing. Ross Shor Lynch; 29 dekabr 1995), Amerikan aktyoru, müğənnisi, musiqiçisi və rəqqasıdır. Ən məşhur rolu Disney Channel istehsalı olan Ostin və Ellİ serialındaki Ostin roludur. == Həyatı == Ros Linç dördüncü sinifdən etibarən evdə dərs almağa başladı. Gitara çalmağı və mahnı oxumağı öyrəndi. R5 adlı qrupun baş solistidir. Qrupda qardaşları Riker Linç, Rokki Linç, bacısı Raydel Linç və ən yaxın dostu Ellington Ratliff var.
Enn Linç Botta
Enn Linç Botta - Amerikalı şairə, yazıçı və müəllimə. (D.11 noyabr 1815/ Ö. 23 mart 1891) == Həyatı == Gerçək adı Anne Charlotte Lynch olan Anne Botta, 11 noyabr, 1815-ci ildə, Amerikanın Wermont əyalətində anadan olmuşdur. İrlandiya əsilli olan atası Patrich Lynch, 1798 İrlandiya üsyanında iştirak etdiyi üçün ölkədən qovulmuş, 18 yaşı olarkən Amerikaya yerləşmişdir. 1812.ci ildə Charlotte Gray adlı xanımla ailə həyatı qurmuş və bu izdivaçdan Anne və oğulları Thomas Rowson dünyaya gəlmişdir. 1819.cu ildə atasını itirən Anne, 16 yaşı olarkən Albany Qızlar Akademiyasına daxil olmuş, 1834 də isə, təhsilini yüksək dərəcəylə başa vurduqdan sonra, məhz orada bir neçə il müəlliməliklə maşğul olmuşdur. Ardından anasıyla birlikdə Rhoda Islanda köçmüş və müəlliməliyə davam etmişdir. Bununla yanaşı O, şairə və yazıçı kimi də fəaliyyət göstərmiş və evi uzun illər boyunca ədəbi dəvətlərin verildiyi bir mərkəz olmuşdur. 1841.ci ildə, Annenin redaktorluğu ilə, içərisində bir çox şairin əsərləriylə yanaşı öz şeirlərinin də olduğu kitab, həmçinin 1848.ci ildə şeirlərinin məcmuasını əks etdirən digər bir kitabı da işıq üzü görmüşdür. Bununla yanaşı eyni anda bir çox fərqli jurnalda yazıları dərc olunmuşdur. Evində verdiyi ədəbi dəvətlər səbəbiylə, dövrün bir çox ədibiylə tanış olma imkanı qazanmış, həmçinin bir çox təzə qələm sahibinin də ictimaiyyətə tanıdılmasında rol oynamışdır.
Apellyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. == İstinadlar == == Ədəbiyyat == Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".
Apelyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. == İstinadlar == == Ədəbiyyat == Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".
Avropa Məhkəməsi
Avropa İcmalarının Ədalət Məhkəməsi və ya Avropa Ədalət Məhkəməsi — Avropa Birliyinin ali məhkəmə orqanı. Bu məhkəmə Avropa İttifaqı qanunları ilə bağlı məsələrə yekun baxılma orqanıdır. Məhkəmə Avropa Birliyi qanunlarının bütün üzv dövlətlərdə bərabər tətbiqini təmin edir. Bu orqan 1952-ci ildə yaradılmış və Lüksemburq Şəhərində yerləşır. Məhkəmə üzv dövlətlərin sayı qədər hakimlərdən ibarətdir. Məhkəməyə prezident rəhbərlik edir. 2003-cü ildən bu vəzifəni Vasiliyos Skoris həyata keçirir. Ədalət məhkəməsinə alt məhkəmə - İlk İnstansiya Məhkəməsi tərəfindən bəzi məslələrdə kömək edilir. Digər iki məhkəmə isə başqa məsələlərlə məşğul olur. Bunlardan Dövlət Xidməti Tribunalı birlik təşkilatlarında çalışan işçilər, Auditorlar Məhkəməsi isə Birliyin hesabtaları ilə məşğul olur.
Haaqa məhkəməsi
Beynəlxalq Ədalət Məhkəməsi — ( ing. International Court of Justice ) Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı (BMT Nizamnaməsinin 92-ci maddəsinə görə). Onun qərargahı Niderlandın Haaqa şəhərindəki Sülh Sarayındadır.1945-ci ildə BMT Nizamnaməsi ilə yaradılmış məhkəmə 1946-cı ildə Daimi Beynəlxalq Ədalət Məhkəməsinin varisi kimi fəaliyyətə başlamışdır. Beynəlxalq Ədalət Məhkəməsinin Əsasnaməsi məhkəməni təşkil edən və tənzimləyən əsas konstitusiya sənədidir. Beynəlxalq Məhkəməni Beynəlxalq Cinayət Məhkəməsi və Belçika Hərbi Cinayət Qanununları ilə qarışdırmaq olmaz. Məhkəmə iki rəsmi dildə ingiliscə və fransızca icra olunur. Məhkəmənin iş prinsipi geniş məhkəmə fəaliyyəti ilə xarakterizə olunur. Onun əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir. Beynəlxalq Məhkəmə tərəfindən qəbul edilən qərarların sayı nisbətən az idi, lakin 1980-ci ildən başlayaraq, xüsusən də inkişaf etməkdə olan ölkələr arasında Məhkəmədən istifadə etmək istəyi açıq şəkildə ortaya çıxmışdı. == Təşkili və tərkibi == Beynəlxalq Məhkəmə vətəndaşlıqlarından asılı olmayaraq yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslərdən seçilmiş və müstəqil hakimlər kollegiyasını təşkil edən on beş nəfərdən ibarətdir.
Skottsboro məhkəməsi
Skottsboro məhkəməsi — 1931-ci ildə ABŞ-də baş verən hadisə. == Hadisə == Bu məhkəmədə Alabama istiqamətində irəliləyən qatarda iki küçə qadınına təcavüz etdikləri iddia edilən doqquz zənci şəxs günahlandırılmış və onlar təcavüz etməkdən həbs edilmişdi. Məhkəmə əsnasında qadınlardan birinin zəncilərlə bağlı mənfi ifadəsindən imtina etməyinə baxmayaraq məhkəmə öz fikirlərindən geri dönmədi və şübhəlilər illərlə həbs cəzası almışdı.1931-ci ildə Alabamada iş tapa bilmək üçün cənub əyalətinə gedən ağ və zənci şəxslər arasında qatar hərəkətdə olarkən mübahisə yarandı. Qatar mühafizəçisi 1931-ci il mart ayının 25-də Alabamada yerləşən Skottsboro qəsəbəsində doqquz afroamerikalı zəncisi və dörd ağ şəxs qatardan endirilərək həbs edildi. Həbs edilən iki ağ şəxsin kişi paltarları geyinmiş qadınlar olduğu ortaya çıxdı. Rubi Bets və Viktoria Pris adlı bu qadınlar ifadələrində iş tapa bilmək üçün qatarda olduqlarını bildirdilər. Əslində küçə qadını olan Bets və Pris həbs edilmək istəmədikləri üçün doqquz gənc şəxsin onlara təcavüz etdiyini iddia etdilər. Bir birlərini tanımayan doqquz zənci şəxs hamsı ağ şəxslərdən ibarət olan münsiflər tərəfindən təcavüz etdikləri üçün günahlandırıldı. On üç yaşında olan Roy Rayt xaricində digərləri ölüm hökmü ilə cəzalandırıldı. Bu məhkəmə "qanuni linç" anlayışının yaranmasına da səbəb oldu.
Ulduz məhkəməsi
Ulduz məhkəməsi (türk. Yıldız mahkemesi) — Osmanlı sultanı Sultan Əbdüləzizin taxtdan endirilərək şəhid edilməsinə səbəb olanları mühakimə etmək məqsədilə çağırılan məhkəmə iclası. == Arxa planı == Sədrəzəm Mütərcim Rüşdü Paşa, sərdar Hüseyn Avni Paşa, şeyxülislam Xeyrullah Əfəndi və Midhat Paşanın hazırladığı gizli planla Sultan Əbdüləziz 30 may 1876-cı il tarixində taxtdan endirildi. Ancaq Hüseyn Avni Paşa tərəfindən aylıq 100 qızıl lirə maaşla Fəriyə sarayında bağban olaraq işə alınan və sabiq padşahı qorumaqla vəzifələndirilən Cəzayirli Mustafa, Yozqatlı Mustafa çavuş və Boyabatlı Hacı Mehmed adlı 3 pəhləvan tərəfindən çevrilişdən 5 gün sonra – 4 iyun günü şəhid edildi. Ancaq hadisə intihar olaraq elan edildi və üstü örtüldü. V Muradın qısa səltənətindən sonra taxta çıxan II Əbdülhəmid, baş katibi Kiçik Səid bəyin vasitəsilə əmisi Sultan Əbdüləzizin şəhid edilməsiylə bağlı gizli tədqiqat yürütməyə başladı. Tədqiqat nəticəsində əmisinin iddia olunduğu şəkildə intihar etmədiyi və tutulduğu Fəriyə sarayında gizlicə qətlə yetirildiyi aşkarlanmış, ardından Sultan Əbdülhəmid hadisənin hüquqi baxımdan rəsmi olaraq mühakimə edilməsini istədi. == Məhkəmə öncəsi tədqiqat == Məhkəmə sədri olaraq vəzifələndirilən Fındıqlılı Mehmed Əfəndi 1 aprel 1881-ci ildə tədqiqata başladı. Tədqiqat komitəsində dövlət şurasının tənzimat bürosunun rəisi Mahmud Cəlaləddin bəylə, mabeyn katiblərindən Raqib bəy də vəzifələndirildi. Sultan Əbdüləzizin ölümündə birinci dərəcədə rolları olduğu iddia edilən və hadisənin ardından az bir maaşla paytaxtdan uzaqlaşdırılan Mustafa çavuş, Boyabatlı Hacı Mehmed və Cəzayirli Mustafa adlı pəhləvanlar İstanbula gətirilərək ifadələri alındı.
İstiqlal məhkəməsi
İstiqlal məhkəməsi (türk. İstiklâl Mahkemesi) — 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsi dövründə hökumətə qarşı çıxanların mühakimə olunması üçün yaradılan yüksək səlahiyyəyə sahib ali məhkəmələr. Ankara, Əskişehir, Konya, Isparta, Sivas, Kastamonu, Pozantı və Diyarbəkir mövcud olmuşdur. Ankara məhkəməsi xaric digər məhkəmələrin fəaliyyəti 1921-ci ildə dayandırılıb.İstiqlal Məhkəmələrinə səlahiyyət verən qanun qəbul edildikdən sonra, İsmət İnönü 14 İstiqlal məhkəməsinin qurulmasını təklif etdi. Mövcud olan işlər üçün 14 məhkəmə çox olacağından yalnız 7 məhkəmə yaradıldı. Məhkəmələrin qurulmasından bir ay sonra, Diyarbəkirdə başqa bir məhkəmə quruldu və ümumi say səkkizə çatdı. Müharibə bitdikdən sonra məhkəmələrin artıq ehtiyacsız olduğunu hiss edildi. Hökumət məhkəmələrin ömrünü uzadacağına ümid etsə də, müxalifətin təzyiqi 1921-ci ildə istiqlal məhkəmələrinin yeddisinin bağlanmasına səbəb oldu. 1925-ci ilin martında Asayişi Qoruma Qanunu (türk. Takrir-i Sükûn Kanunu) ilə istiqlal məhkəmələrinin Ankara və Diyarbəkirdə bərpa edilməsinə icazə verildi.
Kenquru məhkəməsi
Kenquru məhkəməsi — qanun və ya ədalətin tanınmış standartlarına məhəl qoymayan, yerləşdiyi ərazidə çox az və ya heç bir rəsmi mövqeyə malik olmayan və adətən ad hoc olaraq çağırılan məhkəmə üçün qeyri-rəsmi aşağılayıcı termin. Kenquru məhkəməsi lazımi prosesə məhəl qoymayaraq əvvəlcədən müəyyən edilmiş nəticəyə gələ bilər. Bu termin həm də qanuni məhkəmə orqanının nəzarətində olan, lakin məhkəmənin hüquqi və ya etik öhdəliklərinə qəsdən məhəl qoymayan məhkəmə üçün də istifadə olunur.Forumun strukturu və fəaliyyəti aşağı dərəcəli mühakimə ilə nəticələndikdə kenquru məhkəməsi də inkişaf edə bilər. Bunun ümumi nümunəsi, institusional mübahisə edənlərin ("təkrar oyunçular") fərdi mübahisələrə ("bir vuruşlu oyunçular") nisbətən həddindən artıq və ədalətsiz struktur üstünlüklərinə malik olmalarıdır. == Etimologiya == Terminin ilk dəfə 1841-ci ildə ABŞ-da istifadə edildiyi bilinir. "The Daily Picayune" qəzetində bir məqalədə Concordia Intelligencer-dən sitat gətirilir, "Kenquru məhkəməsinin başlatdığı müxtəlif ittihamlarla" bir neçə edamın olduğunu bildirərək soruşur: "Başa düşmədim: kenquru məhkəməsi nədir?". Bu terminin kenquru vətəni Avstraliyada və ya ondan əvvəl başqa yerlərdə istifadə edildiyi təsdiqlənməyib.Bəzi mənbələr bu terminin minlərlə avstraliyalının axın etdiyi 1849-cu ildə Kaliforniyada qızıl hərisliyi zamanı populyarlaşdığını göstərir. Avstraliyalı mədənçilərin iştirakı nəticəsində, bu, iddia qaldıran mədənçilərin problemi ilə məşğul olmaq üçün istifadə edilən tələsik həyata keçirilən prosedurların təsviri kimi meydana çıxa bilər.Fərziyyələr olsa da, terminin mənşəyi məlum deyil. Bu, ədalətin kenquru kimi "sıçrayışla" həyata keçirilməsi anlayışından ola bilər – başqa sözlə, cavabdehin xeyrinə olan sübutların "üstündən tullanılması" (qəsdən məhəl qoymaması). Alternativ bir təklif budur ki, bu məhkəmələr tez-tez ani bir məsələni həll etmək üçün tez bir zamanda çağırıldığından, kenquru kimi heç bir yerdən "atıldıqları" üçün onlara kenquru məhkəmələri deyilir.
ABŞ Ali Məhkəməsi
ABŞ Ali məhkəməsi (ing. Supreme Court of the United States) — ABŞ-nin ali məhkəmə instansiyası. Əsası 1789-cu ildə qoyulmuş bu məhkəmə biri sədr olmaqla 9 hakimdən ibarətdir. Məhkəmə ümumiyyətlə apelyasiya məhkəməsi kimi çıxış edir, lakin bir sıra hallarda (məsələn, diplomatlar və ya bir ştatdan digərinə məhkəmə iddiası ilə) birinci instansiya məhkəməsi ola bilər. Hakimlər prezident tərəfindən Senatın razılığı ilə ömürlük təyin olunur və səlahiyyətlərinə yalnız könüllü istefa və ya törədilmiş cinayətlərə görə impiçment nəticəsində vaxtından əvvəl xitam verilə bilər. 1789–2005-ci illər arasında ABŞ prezidentləri Ali Məhkəmənin hakimi vəzifəsinə 149 namizəd təklif etmiş, bunların 80% -i hakim seçilmişdir. Statistikaya görə, yeni hakim hər 22 aydan bir təyin olunur.
Albaniya Konstitusiya Məhkəməsi
Albaniya Respublikası Konstitusiya Məhkəməsi (alb. Gjykata Kushtetuese e Republikës së Shqipërisë) — konstitusiyanın (Kushtetuta) şərhi və qanunların konstitusiyaya uyğunluğu məsələlərini həll edən səlahiyyətli orqan. Məhkəmə konstitusiyaya hörməti təmin edir və onun şərhləri ali hüquqi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsi Parlamentin (Kuvendi) razılığı ilə Prezident (Presidenti) tərəfindən təyin edilən 9 hakimdən ibarətdir.
Avropa Ədalət Məhkəməsi
Avropa İcmalarının Ədalət Məhkəməsi və ya Avropa Ədalət Məhkəməsi — Avropa Birliyinin ali məhkəmə orqanı. Bu məhkəmə Avropa İttifaqı qanunları ilə bağlı məsələrə yekun baxılma orqanıdır. Məhkəmə Avropa Birliyi qanunlarının bütün üzv dövlətlərdə bərabər tətbiqini təmin edir. Bu orqan 1952-ci ildə yaradılmış və Lüksemburq Şəhərində yerləşır. Məhkəmə üzv dövlətlərin sayı qədər hakimlərdən ibarətdir. Məhkəməyə prezident rəhbərlik edir. 2003-cü ildən bu vəzifəni Vasiliyos Skoris həyata keçirir. Ədalət məhkəməsinə alt məhkəmə - İlk İnstansiya Məhkəməsi tərəfindən bəzi məslələrdə kömək edilir. Digər iki məhkəmə isə başqa məsələlərlə məşğul olur. Bunlardan Dövlət Xidməti Tribunalı birlik təşkilatlarında çalışan işçilər, Auditorlar Məhkəməsi isə Birliyin hesabtaları ilə məşğul olur.
Azərbaycan Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi — Azərbaycan Respublikası Prezidentinin 14 iyul 1998-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı.Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. == Tarixi == Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir. Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur. == Hakimlərinin tərkibi == Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə, hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar.
BMT Beynəlxalq Məhkəməsi
Beynəlxalq Ədalət Məhkəməsi — ( ing. International Court of Justice ) Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı (BMT Nizamnaməsinin 92-ci maddəsinə görə). Onun qərargahı Niderlandın Haaqa şəhərindəki Sülh Sarayındadır.1945-ci ildə BMT Nizamnaməsi ilə yaradılmış məhkəmə 1946-cı ildə Daimi Beynəlxalq Ədalət Məhkəməsinin varisi kimi fəaliyyətə başlamışdır. Beynəlxalq Ədalət Məhkəməsinin Əsasnaməsi məhkəməni təşkil edən və tənzimləyən əsas konstitusiya sənədidir. Beynəlxalq Məhkəməni Beynəlxalq Cinayət Məhkəməsi və Belçika Hərbi Cinayət Qanununları ilə qarışdırmaq olmaz. Məhkəmə iki rəsmi dildə ingiliscə və fransızca icra olunur. Məhkəmənin iş prinsipi geniş məhkəmə fəaliyyəti ilə xarakterizə olunur. Onun əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir. Beynəlxalq Məhkəmə tərəfindən qəbul edilən qərarların sayı nisbətən az idi, lakin 1980-ci ildən başlayaraq, xüsusən də inkişaf etməkdə olan ölkələr arasında Məhkəmədən istifadə etmək istəyi açıq şəkildə ortaya çıxmışdı. == Təşkili və tərkibi == Beynəlxalq Məhkəmə vətəndaşlıqlarından asılı olmayaraq yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslərdən seçilmiş və müstəqil hakimlər kollegiyasını təşkil edən on beş nəfərdən ibarətdir.
Bakı Dairə Məhkəməsi
Bakı Dairə məhkəməsi — məhkəmə orqanı. == Tarixi == Məhkəmə orqanı 1868-ci il fevralın 19-da fəaliyyət başlamışdı. "1864-cü il 20 noyabr tarixli məhkəmə nizamnamələrinin Zaqafqaziya diyarında tətbiqi haqqında" qanuna (1867-ci il 9 dekabr) əsasən yaradılmışdı. 1918-ci ilin mayında Bakı Xalq Komissarları Sovetinin dekreti ilə ləğv olunumuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsi və onun tabeliyindəki idarələr, habelə prokurorluğun fəaliyyəti bərpa edilmişdi. Dairə məhkəməsi Bakı quberniyasında ali məhkəmə instansiyası olub Azərbaycan Məhkəmə Palatasına və Ədliyyə Nazirliyinə tabe idi. Sədr və 5 üzvdən ibrət olan darə məhkəməsi nəzdində məhkəmə pristavları, böyük notarius və notariuslar, xüsusilə mühüm işlər üzrə iki məhkəmə müstəntiqi fəaliyyət göstərirdi. Məhkəmədə iki cinayət şöbəsi və iki mülki şöbə var idi. Mülki şöbələrdə mərzv məsələləri ilə bağlı mübahisələrə də baxılırdı və bunu məhkəmənin hakimlərindən biri aparırdı. Bakı şəhər barışıq şöbəsi, istintaq şöbəsi, Bakı qəza barışıq şöbəsi, dairə prokuror nəzarəti Bakı dairə məhkəməsinin tabeliyində idi.
Başqırdıstan Konstitusiya Məhkəməsi
Başqırdıstan Respublikası Konstitusiya Məhkəməsi (başq. Башҡортостан Республикаһының Конституция Суды) — "Başqırdıstan Respublikası Konstitusiya Məhkəməsi" haqqında 1996-cı il tarixli Qanununun 15-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq yaradılan konstitusiya məhkəməsi. Məhkəmə sədr və Başqırdıstan Respublikasının başçısı tərəfindən irəli sürülən və Qurultay tərəfindən təsdiqlənmiş səkkiz köməkçi hakimdən ibarətdir.
Belarus Ali Məhkəməsi
Belarus Ali Məhkəməsi (belar. Вярхоўны Суд Рэспублікі Беларусь) — Belarus Respublikasının mülki, cinayət, inzibati, iqtisadi işlər üzrə baş məhkəməsi ümumi yurisdiksiya məhkəmələrinin məhkəmə fəaliyyətinə nəzarət edir və qanunvericilik aktlarına uyğun olaraq digər səlahiyyətləri həyata keçirir. Ümumi yurisdiksiya məhkəmələri sisteminə rəhbərlik edir. == Tarixi == SSRİ-nin dağılmasından və 1991-ci ildə Konstitusiyada hakimiyyətin bölünməsi prinsipini təsbit edən Belarus Respublikası suveren dövlət kimi elan edildikdən sonra müstəqil və müstəqil məhkəmə sisteminin təşkili zərurəti yarandı. Məhkəmə sisteminin gələcək inkişafını müəyyən edən ilk sənəd 23 aprel 1992-ci ildə Belarus Respublikası Ali Soveti tərəfindən təsdiq edilmiş Məhkəmə-Hüquq İslahatı Konsepsiyası oldu. Konsepsiya hüquqi dövlətin tərkib hissəsi kimi məhkəmə hakimiyyəti institutlarının formalaşması üçün strateji istiqamət müəyyən etmişdir. Nəticədə, Konsepsiyaların əksəriyyəti ilkin formada həyata keçirilmədi. 1995-ci ilin yanvarında qəbul edilmiş “Məhkəmə sistemi və hakimlərin statusu haqqında” qanun hələ də əsasən Konsepsiyaya yönəlmişdir. Amma artıq 1996-cı ildə Konstitusiyanın yeni redaksiyasında məhkəmə sisteminin qurulmasına yanaşmalar dəyişdirildi ki, bu da onun birliyini təmin etdi. Belarus Respublikasının Konstitusiya Məhkəməsi məhkəmə sisteminə daxil edildi.
Belarus Konstitusiya Məhkəməsi
Belarus Konstitusiya Məhkəməsi (belar. Канстытуцыйны Суд Рэспублікі Беларусь) — Belarusun konstitusiyanın şərhi və qanunların konstitusiyaya uyğunluğu məsələlərini həll edən səlahiyyətli orqanı. 1994-cü ildə qurulmuşdur. Məhkəmənin funksiyası konstitusiya ilə əlaqədar məsələlərdə ədaləti təmin etməkdir. Məhkəmə, həmçinin, milli qanunvericiliyin konstitusiya ilə ziddiyyəti məsələlərini həll edir. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi hər biri ali hüquq təhsilli 12 hakimdən ibarətdir. Altı hakim Prezident, digər altı hakim isə Respublika Şurası tərəfindən təyin edilir. Təyinat üsulundan asılı olmayaraq, hakimlər 11 il müddətinə səlahiyyətlərini icra edirlər. == Xarici keçidlər == kc.gov.by/en/main.aspx — Belarus Konstitusiya Məhkəməsinin rəsmi saytı BMT-nin İnsan hüquqları Komitəsi Pastuxov Belarusa qarşı işində 1997-ci ildə Konstitusiya Məhkəməsinin hakimlərindən birinin buraxılması haqqında məsələyə baxır.
межба́нковский моёвка мухо́ртик неблагоразу́мно подка́рмливать потрафле́ние циви́льный человекоуби́йца двухство́лка индивидуалисти́чный непосре́дственно обезжи́ривание пасти́сь первозда́нность пристёжка медик свят blue-pencil corrigenda feudatory frame of reference peak factor wyte коклюшка экзаменующийся